Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb – YENİ STATİSTİKA

9-09-2019, 06:46           
Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb – YENİ STATİSTİKA
Almaniyadan sığıncaq istəyən şəxslərin sayı azalıb. AzEuroNews.com xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) yeni statistik məlumat paylaşıb.

Avqust ayına aid statistikada qeyd olunur ki, ümumilikdə federal idarəyə 12 772 müraciət daxil olub. Bu ötən ilin eyni ayı ilə müqayisədə 15,5 %, əvvəlki ayla müqayisədə isə, 9,5 % azalma deməkdir.

Cenevrə Qaçqınlar Konvensiyasına əsasən 3 888 nəfər qaçqın statusu alıb (bütün sığınacaq qərarlarının 23,2 faizi), 1770 nəfər (11,8 faiz) köməkçi müdafiə və 412 nəfər (2.7 faiz) deportasiyadan qorunub.

4076 nəfərin (27,1 faiz) qaçqın statusu üçün müraciəti rədd edilib.

Ötən ay ən çox bu ölkələrin vətəndaşları Almaniyadan sığınacaq istəyib:

İyun 2019 İyul 2019 Avqust 2019
Müraciətlərin ümumi sayı 9.691 14.108 12.772
1. Suriya 2.216 3.372 2.927
2. Türkiyə 751 1.274 1.306
3. İraq 868 1.377 1.250
4. Əfqanıstan 717 993 999
5. İran 631 841 806
6. Nigeriya 616 708 544
7. Somali 295 357 352
8. Rusiya 366 344 351
9. Naməlum 283 235 391
10. Eritreya 244 303 297












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru