SON DƏQİQƏ: İsrail qırıcıları İran ordusunu BOMBALADI - Çox sayda ölü var

9-09-2019, 18:22           
SON DƏQİQƏ: İsrail qırıcıları İran ordusunu BOMBALADI - Çox sayda ölü var
Suriyanın şərqində İran ordusu və onlara bağlı qruplaşmaların nəzarətindəki düşərgələrə hava zərbələri endirilib. Hücum zamanı azı 18 silahlı həlak olub.

Oxu24.com xəbər verir ki, bu barədə Suriya İnsan Hüquqları Müşahidə təşkilatı məlumat yayıb. Ölənlərin milliyəti barədə hələlik məlumat yoxdur. Məlumata görə, hücumu İsrail qırıcıları təşkil edib.

Qeyd edək ki, son bir neçə ay ərzində İsrail qırıcıları tez-tez İranın Suriyadakı mövqelərini hədəfə alır. Ötən həftə İranın Suriya-İraq sərhədində yerləşən hərbi düşərgələri bombalanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru