Suriyada 3 rus jurnalisti güllələndi

24-11-2015, 23:00           
Suriyada 3 rus jurnalisti güllələndi
Suriyada döyüş gedən bölgələrdə çəkiliş aparan rus jurnalistlər hücuma məruz qalıb.

Avropa.info xəbər verir ki, jurnalistləri aparan avtomobil tank əleyhinə raketlərdən atəşə tutulub. Atəş nəticəsində üç rus jurnalist yaralanıb, biri isə kontuziya alıb.

Məlumatı Rusiya Müdafiə Nazirliyi təsdiqlənib.

Digər məlumata görə, jurnalistlər Salma şəhəri yaxınlığında yerləşən, Suriya ordusu tərəfindən yenicə alınan Alu Zuayek zirvəsinə gedərkən "Nüsrət Cəbhəsi" yaraqlıları tərəfindən minaatan atəşinə tutulub. Partlayan qəlpələrdən TASS agentliyinin əməkdaşı Aleksandr Yelistratov, "Russia Today"in əməkdaşları Sarqona Hadaya, Roman Kosaryev yaralanıb. Onların xəstəxanaya çatdırıldığı bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.