ABŞ-dan Kremlə: - “S-400-lərə cavab verəcəyik”

26-11-2015, 13:06           
ABŞ-dan Kremlə: - “S-400-lərə cavab verəcəyik”
Rusiyanın Suriyaya S-400 zenit raket kompleksləri göndərməsi ABŞ ordusunun buradakı əməliyyatlarını davam etdirməyə mane olmur.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Komandanlığının hərbi hava əməliyyatlarına cavabdeh olan general-leytenant Çarlz Braun ABŞ mətbuatına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiyanın bu addımı bölgədəki situasiyanı daha da çətinləşdirir. O, ABŞ-ın Rusiyanın bu addımına cavab verəcəyini də bildirib.

Qeyd edək ki, dünən Rusiya Müdafiə naziri Sergey Şoyqu Latakiyadakı Xmeynim bazasına S-400 zenit raket kompleksləri yerləşdirəcəklərini bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.