Vladimir Zelenski: "Bizə əmr etmək olmaz"

1-10-2019, 04:45           
Vladimir Zelenski: "Bizə əmr etmək olmaz"
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, onun ölkəsi bəzi dövlətlərin tələblərini, o cümlədən sifarişli araşdırmalar aparmaq göstərişlərini yerinə yetirməyəcək.

Bu barədə "Report" UNİAN-a istinadən xəbər verir.

Dövlət başçısı qeyd edib ki, ölkənin hüquq-mühafizə orqanları qanun pozuntularını araşdırmağa hazırdır, amma bu, xaricdən olunan xahişlərlə əlaqədar edilməyəcək.

"Bizə əmr etmək olmaz. Biz müstəqil ölkəyik", - deyə Zelenski bildirib. Dövlət başçısı vurğulayıb ki, Ukrayna hakimiyyəti öz ölkəsinə xidmət etmək üçün hər şeyi edir.

Zelenski belə bəyanatla ABŞ-da demokratların guya Donald Trampın Ukrayna prezidentinə təzyiq göstərməsi ittihamları ilə bağlı yaranmış qalmaqal fonunda çıxış edib. Demokrat Partiyası iddia edir ki, guya Tramp Zelenskiyə 2020-ci ilin prezident seçkilərində onun əsas rəqibi, keçmiş vitse-prezident Co Baydenə qarşı araşdırmanı yeniləməyi xahiş edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.