ABŞ-da DƏHŞƏTLİ təklif: "Dünyanı xilas etmək üçün UŞAQLARI YEYƏK" - VİDEO

5-10-2019, 17:49           
ABŞ-da DƏHŞƏTLİ təklif: "Dünyanı xilas etmək üçün UŞAQLARI YEYƏK" - VİDEO
ABŞ Demokrat Partiyasının Nümayəndələr Palatasının üzvü Aleksandriya Okasio-Korteslə görüş zamanı iştirakçılardan biri planeti əhali artımından və çirklənmədən xilas etmək üçün dəhşətli təklif irəli sürüb. O, çıxış yolunu uşaqları yeməkdə görüb.

7News.Az-ın RT-yə istinadən verdiyi xəbəbə görə, müvafiq video The Sun-ın YouTube kanalında yerləşdirilib.


Tədbirə gələn qadın bildirib ki, bəşəriyyətin cəmi bir neçə ayı qalıb və ekoloji, eləcə də demoqrafik problemləri "hətta Rusiyanı bombalasaq" belə, həll etmək mümkün olmayacaq. Ona görə də "uşaqları yemək lazımdır".

Bundan sonra o, paltosunu çıxararaq, üzərində "Planeti xilas et — uşaqları ye" yazılı köynəyini nümayiş etdirib.

Sonradan məlum olub ki, belə radikal çağırış edən qadın "LaRouche" hərəkatının üzvüdür. "LaRouche" məsələyə açıqlama verərək, bu sözlərin trollinq olduğunu və zarafata deyildiyini bildirib. Həmçinin təşkilatda qeyd olunub ki, Aleksandriya Okasio-Kortes təklif olunan variantı "istisna etməyib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru