Çeçenlər Ramzan Kadırovun portretlərinə od vurdular: Çeçenistanda yollar bağlandı!
28-11-2015, 22:24
Çeçenistanın Baçi-Yurd kəndi güc strukturları tərəfindən mühasirəyə alınıb.
Strateq.az “Kafkazskiy Uzel” saytına istinadən bildirir ki, onlar Çeçenistan rəhbəri Ramzan Kadırovun portretləri olan banneri yandıran şəxsləri axtarırlar.
Yerli sakinlərin verdiyi məlumata görə, ötən gecə Ramzan Kadırovun və onun anasının portretləri yandırılıb. Hazırda kəndə giriş və çıxş bağlanıb.
Günahkarlar tapılmayınca, yolun açılmayacağı bildirlirb. Baçi-Yurd ölkənin ən böyük kəndidir. Orada 17 min insan yaşayır. Bu kənd Ramzan Kadırovun doğma kəndi Sentaro ilə qonşudur.
Xatırladaq ki, bugünlərdə çeçen mücahidlərinin bir qrupu "Türkiyə prezidenti və dünya müsəlman xalqlarının lideri Rəcəb Tayib Ərdoğandan əmr gözləyirik" səpkili bəyanat da yamışdılar.
Strateq.az xəbər verir ki, “Çeçen İçkeriya Cümhuriyyəti cəbhəsi” adlı qruplaşmanın yaydığı yazılı bəyanatda belə deyilirdi: "Türkiyəyə hədə-qorxu gələn Kadirov və onun tərəfdarları çeçen xalqının iradəsini ifadə etmirlər. Bu təhdidvari açıqlama Putinin gözünə girməyə çalışan və öz xalqına arxadan zərbə vuran, xain Ramazan Kadirovun düşüncəsinin məhsuludur. Çeçen xalqı çətin anlarda onun yanında olan, kömək əlini uzadan Türkiyənin bu lütfkarlığı unutmayıb. Türkiyə öz mövqeyində haqlıdır və biz Bayır-bucaq türkmənlərinin yanındayıq”.
Ekspertlər çeçen mücahidlərin bu bəyanatını Rusiyanı daxildən zəiflətmək planının yenidən işə salındığının ilk siqnalı kimi qiymətləndirirdilər.