Rusiya bu terrorçuları özü hazırlayır – ŞOK İDDİA

28-11-2015, 22:54           
Rusiya bu terrorçuları özü hazırlayır – ŞOK İDDİA
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Çeçenistan və Dağıstanda xüsusi olaraq təlim keçdiyi qrupları İŞİD terror təşkilatına qatılması üçün Suriya və İraqa göndərir. Publika.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Yelena Milaşina “Novaya Qazeta” nəşrində yazıb.
Onun sözlərinə görə, FTX Çeçenistan və Dağıstanda ələ keçirdiyi terrorçulara bağışlanmaları müqabilində əməkdaşlıq təklif edir və İŞİD-in sıralarına göndərir.
“Bu şəxslərə pasportlarla təmin edilməsi də daxil olmaqla hər cür dəstək verilir. Onlar təyyarə ilə İstanbula gedir, sonra FTX-nin köməyi ilə İraqa gedir, oradan da Suriyaya keçərək İŞİD-ə qatılırlar. Rusiya bununla da ölkədə terror aktları törədə biləcək şəxsləri Suriyaya ixrac edir. Rusiya onlara pul və silah dəstəyi verir. Maraqlarına uyğun olmayan bəziləri döyüş meydanında məhv edilir. Nəticədə də Rusiyada terror aktları azalıb”, – o, deyib.
“Human Rights Watch” beynəlxalq hüquq təşkilatının Rusiya üzrə nümayəndəsi Tanya Lokşina da “The Daily Beast” nəşrinə açıqlamasında iddianı dəstəkləyib: “FTX terrorla əlaqəli şəxsləri qorxudur və Suriya kimi döyüş bölgələrinə ixrac edir. Beləliklə, Rusiyada terror problemi Şərqə ixrac edilmiş olur”.
P.S teref.az qeyd etmək istəyir ki, bu yaxınlarda Ahmad Zakkayevdə belə bir bəyanatla çıxış edərək, Rusiyanı və Ramzan Kadırvu terorzmdə suçlamışdı. Zakkayevin bəyanatını teref.az dərc etmişdi.
http://teref.az/dunya/12737-ehmed-zakkayev-mende-artiq-100-subut-var-ki-bu-gun-shd-e-rusiya-xususi-xidmet-orqanlari-nezaret-edir-shok-dda.html












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.