Azərbaycanlı qadın azyaşlı uşaqlarını və özünü pəncərədən atdı

30-11-2015, 05:34           

Azərbaycan vətəndaşı, İrkutskda yaşayan qadın azyaşlı uşaqlarını pəncərədən tullayaraq özünü də 8-ci mərtəbədən atıb.

teref.aznun məlumatına görə, Modern.az xarici mediaya istinadən bildirir ki, insident Novo-Lenino rayonunun Roza Lüksemburq küçəsində baş verib. 32 yaşlı qadın ölüb. Onun 2 və 4 yaşlı oğlanları isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.
Məlumatda qeyd edilir ki, qadın özünü və uşaqlarını atdığı mənzildə yaşayıb. Polis qonşulardan bu faciənin hansı səbəbdən baş verdiyini aydınlaşdırmağa çalışır. Bu ailə ilə bağlı əvvəllər hüquq-mühafizə orqanlarına heç bir şikayət daxil olmadığı bildirilir. Ailənin İrkutskda çoxdan yaşamadığı da məlum olub.
Azərbaycanlı qadının özünü və övladlarını atarkən həyat yoldaşı evdə olmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.