Putin müəmmalı danışdı: "Üzr belə istəməyəcəklərini söylədilər. Nə edək, bu, Türkiyənin seçimidi"

30-11-2015, 05:42           
Putin müəmmalı danışdı: "Üzr belə istəməyəcəklərini söylədilər. Nə edək, bu, Türkiyənin seçimidi"
Strategiya.az xəbər verir ki, Putin, Rus təyyarəsinin vurulması ilə əlaqədar, Türkiyənin üzr istəməyəcəyini bildirdiyini xatırladaraq "Nə edək bu Türkiyənin seçimi”,- deyib. Putin, Türk sərhədini pozan Rus təyyarəsinin salındığı bölgədə, hava hücumlarının şiddətləndiyində işarə edərək, o bölgədə Türkmənlərin deyil, Rusiyadan gedərək terror təşkilatlarına qatılan döyüşçülər olduğunu iddia edib. Putin, təyyarələri vurulana qədər Suriyada hava müdafiə sistemləri olmadığını dilə gətirərək, "Müttfiqimiz saydığımız tərəfdən belə bir zərbə alacağımız ağlımızın ucundan belə keçməyib. Türkiyəni dost ölkə olaraq gördük və belə bir hücum gözləmədik. Bu səbəblə bu hücumu xəyanət olaraq görürük",- deyib. Türkiyə ilə son 10 ildə əldə edilən yüksək əlaqələrin pozulmasının kədərli olduğunu vurğulayan Putin, "Üzr belə istəməyəcəklərini söylədilər. Nə edək bu Türkiyənin seçimidi" deyə danışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.