Yəhudilər Rəsulzadənin sözləri ilə Ərdoğana dəstək verdi - Video

16-10-2019, 10:31           
Yəhudilər Rəsulzadənin sözləri ilə Ərdoğana dəstək verdi - Video
ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək veriblər.

Axar.az xəbər verir ki, ortodoks yəhudilərindən Şaul Ben Kiş Tvitter hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb.

“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”, - Kiş yazıb.

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib.

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru