ABŞ-də sərhəd patrulunun binasına silahlı hücum: Yaralananlar var

Bu gün, 08:41           
ABŞ-də sərhəd patrulunun binasına silahlı hücum: Yaralananlar var
ABŞ-nin Texas ştatının Mak-allen şəhərində sərhəd patrulunun binasına silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.

"Bu səhər naməlum şəxs sərhəd patrulunun binasının girişində atəş açıb. Atəş açan şəxs zərərsizləşdirilib. İki polis əməkdaşı və sərhəd patrulunun bir əməkdaşı yaralanıb", - deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.