Suriya Milli Ordusunun itkilərinin sayı açıqlanıb

17-10-2019, 16:54           
Suriya Milli Ordusunun itkilərinin sayı açıqlanıb
Suriya Milli Ordusu 9 gündür Suriyada keçirilən antiterror əməliyyatı nəticəsində 64 şəhid verib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, oktyabrın 18-də Tel Abyad və Rasulaynın terrorçu PKK/YPG-PYD qruplaşmasından təmizlənməsi nəticəsində 18 döyüşçü şəhid olub, 51-i yaralanıb, 1 döyüşçü isə itkin düşüb.

Antiterror əməliyyatı başlayandan bu günədək Suriya Milli Ordusunun cəmi 64 döyüşçüsü şəhid olub, 187 döyüşçüsü isə yaralanıb.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-da Suriyanın şimalında “Barış pınarı” adlı antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, terror dövlətinin qurulmasına mane, Suriyada əmin-amanlığın yaradılmasına, qaçqınların evlərinə dönməsinə nail olmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru