İngiltərə parlamenti “Brexit” üzrə yeni razılaşmaya görə təcili toplanacaq
19-10-2019, 02:23
İngiltərədə İcmalar Palatasının deputatları, şənbə günü (19 oktyabr) parlamentin fövqəladə iclasında 17 oktyabrda Avropa İttifaqının Brüsseldəki zirvə toplantısında əldə edilən “Brexit” üzrə yeni razılığı təsdiqləmək və ya rədd etmək üçün toplaşacaqlar.
“Report” “TASS”a istinadən xəbər verir ki, palatada qüvvələr nisbəti Baş nazir Boris Consonun millət vəkillərinin lazımi sayda dəstəyini alacağına şübhələr yaradır.
Bundan əvvəl Britaniya deputatları Brüssel və Consonun sələfi Tereza Mey hökuməti arasında əldə edilmiş razılaşma layihəsini üç dəfə rədd ediblər.
Consonun yeni şərtlərlə əldə etdiyi sövdələşmə potensial olaraq daha çox səs ala bilər. Bununla birlikdə, yeni saziş layihəsini parlament və Nazirlər Kabinetindən keçirmək üçün ona Mühafizəkarlar Partiyasının hakim azlığının bütün üzvlərinin, müstəqil deputatların və müxalifətin bir hissəsinin dəstəyi lazımdır.
Sazişə düzəlişlər axşam saatlarına qədər müzakirə ediləcək.
Çərşənbə günü, Brüsseldə “Avropa İttifaqı ilə Böyük Britaniya arasında “Brexit” üzrə razılıq əldə olunub” xəbəri elan olunduqdan dərhal sonra parlament üzvləri özlərinə “Brexit” qanununun mətninə əhəmiyyətli dəyişikliklər etmək səlahiyyətini veriblər və nəticədə Conson hökuməti rəqiblərinin demarşını dayandıra bilməyib.