ABŞ-dan mesaj: “Türkiyə Montro müqaviləsini…”

1-12-2015, 14:07           
ABŞ-dan mesaj: “Türkiyə Montro müqaviləsini…”
Türkiyə beynəlxalq hüquqa hörmət etməyə davam edəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın NATO-dakı rəsmi nümayəndəsi Duqlas Lyut söyləyib. Onun sözlərinə görə, Ankara Bosfor boğazını Rusiyanın hərbi və mülki gəmiləri üçün bağlamayacaq:
“Türkiyə on illər ərzində Montro razılaşmasına uyğun olaraq, öz üzərinə düşən beynəlxalq öhdəliklərə çox ciddi şəkildə əməl edib. Mən ümid edirəm ki, bu situasiya dəyişməyəcək”.
Qeyd edək ki, Montro müqaviləsi 1936-cı ildə imzalanıb. Bu müqaviləyə əsasən, dünya dövlətləri Türkiyənin boğazlar üzərində hüququnu tanıyıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.