Serj Sərkisyan siyasi səhnəyə qayıtdı, ABŞ səfiri ilə görüşdü

6-11-2019, 00:01           
Serj Sərkisyan siyasi səhnəyə qayıtdı, ABŞ səfiri ilə görüşdü
Ermənistanın keçmiş prezidenti, Nikol Paşinyanın başçılıq etdiyi “məxməri inqilab”la devrilən Serj Sərkisyan yenidən siyasi səhnəyə qayıdıb.

Sərkisyan bu gün ABŞ-ın Yerevandakı səfiri Linn Treysi ilə görüşüb.

Görüş Amerika tərəfinin təşəbbüsü ilə baş tutub və orada Sərkisyanın başçılıq etdiyi Respublika partiyasının nümayəndələri də iştirak edib. Səfir Linn Treysinin xahişi ilə Sərkisyan Ermənistandakı daxili siyasi vəziyyət, Qarabağ danışıqlarına dair bir sıra məsələlər, iqtisadiyyat və Ermənistan-Amerika münasibətlərinin perspektivləri barədə mövqeyini çatdırıb.

Səfirliyin bəyanatında deyilir ki, ABŞ Ermənistanda sosial, iqtisadi və demokratik idarəçiliyin dəstəklənməsi vəzifəsinə sadiq qalır. Və Respublika partiyası ilə görüşlər müntəzəm xarakter daşıyacaq.//virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru