Boris Conson gəlir vergisi və ƏDV-nin dərəcələrinin artırılmayacağına dair vəd verib

25-11-2019, 08:08           
Boris Conson gəlir vergisi və ƏDV-nin dərəcələrinin artırılmayacağına dair vəd verib
Böyük Britaniyanın baş naziri Boris Conson Qərbi Midlandsdakı Şropşir əyalətində çıxışı zamanı Mühafizəkarlar Partiyasının seçki manifestini açıqlayıb.

APA "Reuters"ə istinadən xəbər verir ki, seçkiyə 18 gün qalmış açıqlanan 59 səhifəlik manifestdə partiyanın "Brexit"i yekunlaşdıracağı və yeni ölkə qurulacağı vəd olunur.

O, çıxışında səhiyyə sahəsində dəyişiklik olacağına və 50 min tibb işçisinin işə başlayacağını vəd edib.

Conson immiqrasiya sisteminə nəzarətin gücləndiriləcəyinə, gəlir vergisi, milli sığorta və Əlavə Dəyər Vergisi (ƏDV) dərəcələrinin artırılmayacağını da qeyd edib.

Qeyd edək ki, Leyboristlər, Liberal Demokratlar və Yaşıllar (The Green) partiyaları öz manifestolarını ötən həftə açıqlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru