Almaniya şirkəti Çinə 10 milyard dollar sərmayə yatırır

25-11-2019, 18:28           
Almaniya şirkəti Çinə 10 milyard dollar sərmayə yatırır
Almaniyanın dünya miqyaslı kimya nəhəngi olan "BASF” şirkəti Çinə 10 milyard dollar sərmayə yatırır.

Şirkət Çində 10 milyard dollar sərmayə ilə inteqrasiya edilmiş neft-kimya zavodu inşa etmək üçün işlərə başlayır. "BASF” şirkətinin Çinin Quanqdonq bölgəsinin Zanjianq şəhərində inşasına başladığı zavodu Çində bütövlükdə xarici investisiya ilə qurulan ilk kimya kompleksi olacaq.

Zavod mühəndislik plastikləri, avtomobil və elektronika sənayesində istifadə olunan bəzi neft-kimya və termoplastik məhsullar istehsal edəcək. Kompleksin ilk fazası 2022-ci ildə 60 min ton tutumla istismara veriləcək.

Azərtac












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru