“Nə itdir, nə də canavar” - 18 min il sonra tapılan sirli məxluq (FOTOLAR)
26-11-2019, 21:14
Sibirdə torpağın altından tapılan canlının DNT testinin nəticələri hər kəsi təəccübləndirib. Görünüşcə itə və canavara bənzəsə də, əslində, heç biri deyil.
Musavat.com torpağın altından tapılan sözügedən sirli məxluq haqqında maraqlı faktları təqdim edir.
Sözügedən canlı 2018-ci ilin yay aylarında Yakutiyanın şimal-şərqində İndigirka çayının yaxınlığında tapılmışdı. Həmin canlı əvvəlcə tapıldığı zaman itə bənzədilmişdi. Təxminən 2 aylıq olduğu ehtimal edilən bu heyvanın nədən öldüyü isə bilinmir.
Paleontoloqları həyəcanlandıran bu heyvan haqqında ətraflı açıqlma veriləcəyi bildirilmişdi.
Heyvanın DNT analizinin cavabı hər kəsi təəccübləndirib.
Təkamül-genetika professoru Love Danel sözügedən heyvanın burnunun araşdırma zamanı bir itəmi, yoxsa canavaramı aid olmasının təsbit edilmədiyini bildirib.
Professor həmin heyvan ilə bağlı bunları deyib: “Mərkəzi Avropa dünyanın ən böyük DNT bankına sahibdir. Lakin onlar belə, ilk baxışda bu məsələni çözə bilmədi. Lakin onun 18 min yaşında olduğunu təsbit etmişik. Araşdırmalarımız hələ də davam edir. Ümid edirik ki, yaxın zamanda bu heyvanın tam olaraq hansı cinsə aid olduğunu aşkar edəcəyik.
Qeyd edək ki, sözügedən heyvanın fotolarını Yakutiyadakı Tətbiqi Ekologiya İnstitutunun fotoqrafı Sergey Fedorov çəkib.
Turan Oruc
Musavat.com