ABŞ ondan agent kimi istifadə edib - Parilla

27-11-2019, 02:27           
ABŞ ondan agent kimi istifadə edib - Parilla
ABŞ-ın Havannadakı səfirliyi həbsdə olan müxalifət lideri Xose Daniel Ferrer vasitəsilə Kuba cəmiyyətinə və konstitusiya quruluşuna təzyiq göstərir.

Axar.az xəbər verir ki, bunu Tvitter hesabında Kuba Xarici İşlər naziri Bruno Parrilla bildirib.

Parilla bildirib ki, ABŞ Kubaya böhtan atır: "ABŞ səfirliyi Ferreri qoruyub və ondan agent kimi istifadə edib".

Bundan əlavə, XİN rəhbəri ABŞ Dövlət katibi Mayk Pompeonu tənqid edib və onun Kubanın suveren hüquqlarına və daxili işlərinə müdaxilə etdiyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru