Xaricdən Ermənistana göndərilən pul yarım milyard dollar azalıb
9-12-2015, 13:05
Bu ilin ilk 10 ayında xaricdən Ermənistan vətəndaşlarına göndərilən pulun məbləği ötən ilin eyni dövrü ilə müqayisədə yarım milyard dollar azalıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, ötən illə müqayisədə Ermənistana qeyri-kommersiya məqsədi ilə göndərilən pulun məbləği 478,5 milyon dollar, o cümlədən Rusiyada göndərilən pulun həcmi isə 471,8 milyon dollar azalıb. Bu ilin yanvar-oktyabr aylarında Rusiyaya gedən əmək miqrantlarının sayında da 600 min nəfər azalma müşahidə edilib. Məlumata əsasən, son zamanlar Rusiyada işləməyə getmək istəyən ermənilərin çoxuna bu ölkədəki vəziyyətlə əlaqədar rədd cavabı verilib. İnformasiyaya görə, cari ilin oktyabrında Rusiyadan Ermənistan vətəndaşlarına göndərilən pulun məbləği isə 52,6 milyon dollar azalıb.