Dünyanın ən bahalı dərmanı pulsuz paylanacaq

20-12-2019, 07:42           
Dünyanın ən bahalı dərmanı pulsuz paylanacaq
İsveçrənin Novartis əczaçılıq şirkəti hazırda dünyanın ən bahalı dərmanı olan “Zolgensma” preparatını gələn il yüz pasiyentə pulsuz təqdim edəcək.

Publika.az xəbər verir ki, genetik xəstəliklərin müalicəsi üçün istehsal edilən və birdəfəlik dozasının qiyməti 2,1 milyon ABŞ dollarından yuxarı olan preparat gələn ilin iyun ayınadək 50 pasiyentə, ilin sonunadək isə daha 50 pasiyentə təqdim olunacaq. Spinal əzələ atrofiyası (SMA) xəstəliyinə qarşı tətbiq olunan preparat üçün hazırda yalnız ABŞ-da lisenziya verilib. Konsernin məqsədi hələ lisenziya verilməmiş ölkələrdəki pasiyentləri preparatla təmin etmək və bununla da lisenziyalaşma prosesini sürətləndirməkdir.

Pasiyentlərin fevral ayında iki həftəlik lotereya əsasında seçilməsi təqdirlə yanaşı tənqidlə də qarşılaşıb. Böyük Britaniyanın pasiyentlərin hüquqlarının müdafiəsi təşkilatı TreatSMA bu dərmanın bəxt oyunu kimi pasiyentlərə paylanmasını tənqid edib.
Novartis bu ilin may ayında bazara çıxarılan “Zolgensma” preparatı ilə artıq 175 milyon ABŞ dolları dəyərində dövriyyəyə nail olub. Preparatın Avropa və Yaponiyada lisenziyalaşması 2020-ci il ərzində gözlənilir.

Qeyd edək ki, SMA yeni doğulmuş körpələr arasında yayılmış xəstəlikdir və 10 min körpədən birində bu xəstəliyə rast gəlinir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru