Körfəz şeyxi Bəşər Əsədlə bağlı səhvini etiraf etdi

29-12-2019, 01:26           
Körfəz şeyxi Bəşər Əsədlə bağlı səhvini etiraf etdi
Birləşmiş Əmirliklərin tanınmış din xadimi televiziya kanalında Suriya prezidenti Bəşər Əsəd və Suriya ordusu ilə bağlı mövqeyində 180 dərəcə dəyişiklik edib.

Reyting.az “Mehr”-ə istinadla xəbər verir ki, Şeyx Vasim Yusif Suriya böhranı ilə bağlı suala belə cavab verib: "Böhranın əvvəlində Əsəd və Suriya ordusunu günahlandırırdım. Cinayətkar qruplar olan “Cəbhət əl-Nusra” və “Əhrar əl-Şam”ı dəstəkləyirdim. Körfəz Əməkdaşlığı Şurasının “Əhrar əl-Şam”a dəstək olacağına ümid edirdim, amma bir müddət sonra onların dindən sapdığını gördüm”.

Şeyx Vasim əlavə edib: "Mən Əsədi dəstəkləmirdim, amma indi səhvimi etiraf edirəm. Əvvəllər “Cəbhət əl-Nusra” və ya “Əhrar əl-Şam” kimi qondarma islamçı qruplarla vuruşan bütün Suriya əsgərlərinə lənət yağdırırdım, amma indi buna təəssüflənirəm.

Hazırda Suriyada olsam, mütləq “Cəbhət əl-Nusra”ya qarşı vuruşacağam. Onlar din adı ilə Suriyanı məhv etdilər, qadınlara və uşaqlara təcavüz etdilər, dini ləkələdilər”.

Mütəxəssislər Şeyx Vasimin BƏƏ liderlərinə çox yaxın bir siyasi fiqur olduğunu bildirirlər. BƏƏ-nin bu yaxınlarda Dəməşqdə səfirliyini yenidən açdığını nəzərə alaraq, səlahiyyətlilərin Bəşər Əsəd və Suriyaya münasibətində dəyişiklik olduğu da söylənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru