Separatçılar: Ukrayna tərəfləri məhbus mübadiləsi aparacaq

29-12-2019, 10:35           
Separatçılar: Ukrayna tərəfləri məhbus mübadiləsi aparacaq
Ukrayna rəsmiləri və ölkənin şərqindəki Rusiya tərəfdarı separatçılar bazar günü onlarla məhbusun mübadiləsini aparacaqlarına razılaşıblar.

AmerikanınSəsi xəbər veror ki, bu barədə beynəlxalq icitmaiyyət tərəfindən tanınmayan Donetsk respublikası bildirib.

Hər iki tərəf bu ayın əvvəli bildirib ki, onlar Parisdə Avropadakı yeganə aktiv müharibədə gərinliyin qarşısını almaq məqsədilə keçirilən sülh danışıqlarının ardınca ilin sonunadək məhbus mübadiləsi aparacaqlar.

"Kiyev və Donbas dekabrın 29-da məhbus mübadiləsi aparacaqları ilə bağlı razılıq əldə edib”, Donetsk hökümətinin sözçüsü Daria Morozova bildirib.

O deyib ki, iki separtçı ərazisi, Donetsk və Luhanska 87 məhbus təhvil veriləcək, digər 55 məhbus isə Kiyevə veriləcək. O, məhbusların kimliklərini açıqlamayıb.

Məhbus mübadiləsinin separtçıların nəzarət etdiyi Donetsk regionunda Qorlivka şəhəri yaxınlığında baş tutacağı gözlənilir.

Rusiya mediası bildirib ki, əməliyyat cəbhə xəttində həyata keçiriləcək.

Ukrayna rəsmiləri isə məlumatı nə təsdiqləyib nə də təkzib edib.

"Biz bununla bağlı şərh vermirik" - deyə, Ukrayna təhlükəsizlik xidməti SBU-nun sözçüsü Olena Guitlianska bildirib.

Bu, Ukrayna Rusiya ilə məhbus mübadiləsi aparandan üç ay sonraya təsadüf edəcək.

Rusiya tərəfdarı yarı-hərbi dəstələr 2014-cü ildə Ukraynanın şərqində müstəqillik uğrunda döyüşlərə başlayandan bəri 13 mindən çox insan həyatını itirib. Bu müqanişə Rusiyanın Qərblə münasibətlərini daha da gərginləşdirib.

Beynəlxalq təzyiq

Bazar günü baş tutacağı gözlənilən məhbus mübadiləsi ilə bağlı çox detal yoxdur və rəsmilər məhbus siyahısı üzərində hələ də danışıqların aparıldığını deyib.

ATƏT-in xüsusi nümayəndəsi Martin Sacdik məhbus mübadiləsi üçün hazırlıqların görüldüyünü deyib.

Bu ay Parisdə keçirilən sammitdə Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri atəşkəs tətbiq edib, 2020-ci ilin mart ayınadək münaqişə zonalarından qüvvələrin çıxarılması üzərində razılıq əldə edib.

Məhbus mübadiləsi Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə ilk dəfə Parisdə Ukraynanın şərqində sülhün bərqərar olunması üçün səylərin artırılmasına yönəlmiş sammit çərçivəsində görüşəndən sonraya təsadüf edir. .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.