Britaniya hökuməti şəxsi məlumatları ictimailəşdirdi - SƏHVƏN

30-12-2019, 01:16           
Britaniya hökuməti şəxsi məlumatları ictimailəşdirdi - SƏHVƏN
Britaniyalı rəsmilər 1000-dən çox adamın ev ünvanlarının səhvən ictimailəşdirilməsinə görə üzr istəyib.

Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, ev ünvanları ictimailəşdirilən şəxslər arasında müğənnilər Elton Con və Olivia Nyuton-Con da var.

Siyahıya, həmçinin, “Oskar” mükafatı alan şəxslər, siyasətçilər, diplomatlar, məşhur idmançılar da daxildir.

Qeyd edək ki, cümə günü hökumət Yeni il münasibətilə mükafatlandırılan şəxslər barədə məlumat verərkən ev ünvanları yarım saat onlayn olaraq yayımlanıb.

“Bu məlumatlar qısa zaman ərzində silindi. Biz təsirə məruz qalanların hamısından üzr istəyirik və bunun necə baş verdiyini araşdırırıq”, - deyə Britaniya Hökumətinin Ofisinin açıqlamasında bildirilib.

Britaniyanın İnformasiya Komissarlığı İdarəsi də məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Şəxsi məlumatların yayımlanmasına görə cərimələrin tətbiq olunacağı istisna edilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru