"Putin hökuməti bir neçə il ərzində hakimiyyətdən kənarlaşdırılacaq" - Bu sözlər araşdırılır
11-12-2015, 11:31
Rusiyada müstəntiqlər mühacirətdə yaşayan keçmiş neft maqnatı Mixail Xodorkovsky-nin “ekstremist şərhinin” araşdırılmasını tələb edir.
Dekabrında 9-da Londondan videolink vasitəsilə Moskvadakı jurnalistlərə danışan Xodorkovsky deyib ki, yeni Rusiya inqilabı “qaçılmaz və vacibdir” və belə bir proqnoz verib ki, Prezident Vladimir Putin hökuməti bir neçə il ərzində hakimiyyətdən kənarlaşdırılacaq.
“Xodorkovsky rejimi dəyişmək üçün inqilabı yeganə və vacib yol adlandırıb”, Rusiya Baş Prokurorluğu dekabrın 10-da bildirib. “Xodorkovsky-nin bu dedikləri ekstremist xarakter daşıyır və hüquqi baxımdan araşdırılmalıdır”.
Vaxtilə Rusiyanın ən varlı adamı olan Khodorkovsky 2003-cü ildə həbs olunub və maliyyə cinayətlərində təqsirli bilinib. Tərəfdarları onun Putin-ə meydan oxuduğu üçün cəzalandırıldığını bildirib. O, 2013-cü ildə əfv edilib.