Süleymani buna görə öldürüldü - Nyu York Tayms

5-01-2020, 11:49           
Süleymani buna görə öldürüldü - Nyu York Tayms
ABŞ Prezidenti Donald Tramp son kəşfiyyat məlumatlarının əksinə olaraq, Pentaqona general Qasım Süleymanin öldürülməsi barədə əmr verib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı "Nyu York Tayms” qəzeti Tramp administrasiyasındakı mənbələrə istinadən yayıb.

Məlumata görə, Tramp dekabrın 28-də generalın fiziki məhvindən imtina edib və bunun əvəzinə dekabrın 30-da ABŞ Hərbi Hava Qüvvələrinə İraqın Suriya ilə sərhədinə yerləşən Əl-Qaim şəhərindəki Kətaib Hizbullahın düşərgəsinə hücum etməyə göstəriş verib.

Qəzet onu da qeyd edib ki, hücum nəticəsində 25 nəfər öldürülüb və ən azı 50 nəfər yaralanıb.

Belə bir əmrin verilməsinə səbəb isə ABŞ-ın İraqdakı səfirliyinin qarşısında etiraz aksiyasının keçirilməsi göstərilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.