Avropa İttifaqından İranın xarici işlər nazirinə dəvət

5-01-2020, 17:18           
Avropa İttifaqından İranın xarici işlər nazirinə dəvət
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi Brüsselə dəvət edib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Aİ-nın xarici xiyasət xidmətinin açıqlamasında məlumat verilib.

TASS-da yazılanlara görə, nazirlə görüşün məqsədi general Qasım Süleymaninin ölüdürülməsindən sonra yaranmış vəziyyəti müzakirə etməkdir.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.