İraq parlamenti ABŞ hərbİçilərinin ölkədən çıxarılmasına qərar verdi

6-01-2020, 00:25           
İraq parlamenti ABŞ hərbİçilərinin ölkədən çıxarılmasına qərar verdi
İraq parlamenti xarici ölkələrin hərbi qüvvələrinin ölkədən çıxarılması barədə qərar qəbul edib...

APA-nın xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Parlamentarilər İŞİD terror təşkilatı ilə mübarizə üzrə koalisiya ilə sazişin dayandırılması və xarici ölkələrin qoşunlarının ölkədən çıxmasına səs verib.

Hökumət parlamentin qəbul etdiyi qərarın icrasını təmin etməlidir.

Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və İraqın könüllü “Həşdi-Şaabi” qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla, 10 nəfər öldürülüb.

ABŞ-ın bu əməliyyatı İraqda etirazla qarşılanıb və ABŞ qoşunlarının ölkədən çıxarılması gündəmə gəlib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.