Xamneinin hərbi məsələlər üzrə müşaviri ABŞ-a “qisas mesajı” verdi:"Bu savaş prosesini sona çatdıracaq tək bir şey var..."

6-01-2020, 00:11           
Xamneinin hərbi məsələlər üzrə müşaviri ABŞ-a “qisas mesajı” verdi:"Bu savaş prosesini sona çatdıracaq tək bir şey var..."
Xamneinin hərbi məsələlər üzrə müşaviri ABŞ-a “qisas mesajı” verdi:"Bu savaş prosesini sona çatdıracaq tək bir şey var..."
İranın ali rəhbəri Ayətullah Xamneinin hərbi məsələlər üzrə müşaviri, sabiq müdafiə naziri, general Hüseyn Dehqan “CNN International”a general Qasım Süleymaninin öldürülməsi ilə bağlı açıqlamalar verib.

Strateq.az xəbər verir ki, o, ABŞ-a cavablarının hərbi sahədə olacağını açıq bildirib: “İranın lider heyəti heç bir zaman savaş arzusunda olmayıb, bundan da sonra olmayacaq. Ancaq madam ki, savaşı ilk olaraq ABŞ başlatdı, o zaman bu həmlənin sonuncunu da qəbul etməlidirlər. Bu savaş prosesini sona çatdıracaq tək bir şey var: o da ABŞ-ın etdiyi hərəkətə uyğun cavab almasıdır. Ondan sonra yeni bir sınaq olmamalıdır”.

ABŞ prezidenti Donald Trampın “İranın 52 hədəfini müəyyən etmişik, onları vurmağa hazırıq”, – bəyanatına gəldikdə isə, Hüseyn Dehqan deyib ki, qarşı tərəf beynəlxalq hüququ ayaqlar altına atıb: “Tramp BMT qərarlarını da tanımır. Əslində, özü tam bir qanqster və qumarbazdır. O, siyasətçi deyil, ağlı da yerində deyil. Deyir ki, İranın mədəniyyət mirasına da hücum edərik. Bu, əgər məntiq və ağıl məhsuludursa, o zaman Tramp hərbi cinayətkar kimi, məsuliyyətə cəlb olunmalıdır”.

General daha sonra bildirib ki, Süleymaninin öldürülməsindən sonra ABŞ-ın heç bir hərbi persionalı, siyasi mərkəzi, hərbi bazası, hərbi gəmiləri güvəndə olmayacaq: “Bunların hamısı hədəflərimiz içindədir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.