Pompeo Venesuela parlamentində postunu itirmiş Quaydonu təbrik edib - VİDEO

6-01-2020, 09:14           
Pompeo Venesuela parlamentində postunu itirmiş Quaydonu təbrik edib - VİDEO
Venesuela parlamenti rəsmi iclasda müxalifətçi Xuan Quaydonun yerinə deputat Luis Parranı yeni spiker seçib.

“Report” xəbər verir ki, Quaydo yerli qəzetlərdən birinin redaksiyasında tərəfdarları ilə görüş təşkil edərək vəzifəsindən kənar olunması ilə razılaşmadığını bildirib.

ABŞ-ın dövlət katibi Maykl Pompeo Quaydonun vəzifəsindən kənar edilməsini dəstəkləmədiyini bildirib. Dövlət katibi qeyd edib ki, rəsmi Vaşinqton əvvəlki kimi müxalifətçini Milli Məclisin sədri və müvəqqəti prezident hesab edir.

"Xuan Quaydonu yenidən Milli Məclisə seçilməsi münasibətilə təbrik edirəm... Yalnız azad və dürüst prezident seçkilərini təşkil edən keçid hökuməti böhrana son qoya bilər", - Pompeo bildirib.

Dövlət katibinin sözlərinə görə, Birləşmiş Ştatlar 57 dövlətlə birlikdə Quaydoya qanuni spiker kimi baxmaqda davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru