ABŞ İranın hansı bazaları vuracağını əvvəlcədən bilirdi - CNN

8-01-2020, 21:08           
ABŞ İranın hansı bazaları vuracağını əvvəlcədən bilirdi - CNN
ABŞ İranın hansı bazaları vuracağını əvvəlcədən bilirdi
İraq hakimiyyəti əvvəlcədən Amerika rəsmilərini İranın raket zərbələri barədə xəbərdar edib.

Virtualaz.org CNN-ə istinadən xəbər verir ki, bu haqda diplomatik mənbə bildirir.

Məlumata görə, İraq tərəfi İranın Amerika və koalisiya qüvvələrinin dislokasiya olunduğu iki bazanı vuracağını Birləşmiş Ştatlara çatdırıb. Habelə mənbə deyib ki, Bağdad Vaşinqtona hansı bazalara hücum ediləcəyi haqda məlumatları da verib.

CNN-in bu xəbərindən əvvəl İraqın baş nazirinin səlahiyyətlərini icra edən Adel Abdel Mehdi bildirib ki, raket hücumundan bir neçə dəqiqə əvvəl İran hakimiyyəti ona tezliklə zərbələrin endiriləcəyi haqda səsli mesaj atıb. Baş nazirin bildirdiyinə görə, həmin mesajda hücumun hədəfi barədə heç nə deyilmirdi. Və onun birinci işi İraq ordusunu planlaşdırılan hücum barədə xəbərdar etmək olub.

Abdel Mehdinin bildirdiyinə görə, həmin mesajda hücumun yalnız Amerika personalının dislokasiya olunduğu nöqtələrə ediləcəyi deyilirdi. “Səsli mesajda hücumun ancaq ABŞ əsgərlərinin yerləşdiyi sahələrə ediləcəyi bildirildi, digər detallar göstərilmədi. Aviabazaya və digər sahələrə raketlər düşməyə başlayanda ABŞ-dan çağırış aldım”,-baş nazir deyib.

Amerika ekspertləri bu məqamları nəzərə alaraq hesab edirlər ki, İranın raket zərbələri daha çox siyasi addım idi və məqsəd ABŞ hərbçilərini ciddi tələfata məruz qoymaq deyildi. Hələlik ABŞ İranın raket hücumlarına qarşı hərbi cavab tədbirləri görməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.