Ayətullah Xamnəi ABŞ və İsraili hədələdi, qonşu dövlətlərə xəbərdarlıq etdi:"DÜŞMƏNİ TANIMALI, ONUN YOL XƏRİTƏSİNİ BİLMƏLİ VƏ SƏHV ETMƏMƏLİYİK"
9-01-2020, 00:00
“Gecə düşmən bir şapalaq aldı, lakin qisas hələ irəlidədir”.
Strateq.az “Təsnim” agentliyinə istinadla xəbər verir ki, bunu bu gün İranın ali rəhbəri Ayətullah Xamnəi bildirib.
Bu cümlə ilə o, İraqdakı Amerika bazalarına İİKK-nin ballistik raket zərbələrini nəzərdə tutub.
Çıxışın böyük qismi mərhum general Qasim Süleymani və onun fəaliyyətinə həsr olunub.
Xamnəi əlavə edib: “İndi vəzifəmiz nədir? İntiqam və onlar (amerikalılar – red.) başqa söhbətin mövzusudur. Hələ ki onlara bir “sillə” dəyib. Bu, başqa məsələdir. Qarşılıq məsələsi mühümdür. Amma bu şəkildə hərbi cavablar onlara kifayət etməyəcək. ABŞ-ın Yaxın Şərqdə fəsadyaradıcı varlığı sona çatmalıdır. Onlar bu bölgəyə müharibə, fəsad fitnəsi və dağıntı gətiriblər. Əlbəttə, hara ayaq basıblarsa, eyni davranış üsulu seçiblər.
Əslində, bölgənin halı gözümüz qarşısındadır. Həmin fəsad və virançılığı əziz İrana və İslam Respublikasına tətbiqinə israr edirdilər. Hey bu məsələni danışıqlar və təşkil etdikləri dəyirmi masa arxasında oturmaqla, həyata keçirməyə çalışıblar. Bu, sona çatmalıdır. Bölgə xalqları ABŞ-ın regiondakı mövcudluğunu qəbul etmirlər. Hökumətlər də bunun imtinasından çəkinmirlər”.
Nitqinin davamında İran rəhbəri bildirib: “İndi xalq və İslam Respublikası olaraq vəzifəmiz nədir? Birincisi, düşməni tanımaq və düşmən qarışında səhvə yol verməmək. Hamısını tanıdığımızı deməyək. Əslində, hamınız təkəbbürlü Amerikanın və sionizmin (İsrailin – red.) düşmən olduğunu bilirsiniz, amma bunun əksini ictimai rəyə yönəldilmək üçün çox səy göstərilir. Mürəkkəb təbliğat təcrübələri ilə.
Hər kəs diqqətli olmalıdır. Düşməni tanıma çox vacibdir. Sonranı, düşmənin nə planlaşdırdığını bilməliyik. Düşmənin öz yol xəritəsi ilə necə davranacağını bilməliyik. İnsanların bilməli olduğu budur.
Biz xalqa güvənirik. İslam Respublikasının mövcudluğu xalqın istəyi və dəstəyi olmadan, insanların razılığı və etimadı olmadan mümkün deyil. Əks halda, bu mənasızdır. İnsanlar həm düşməni tanımalı, həm düşmənin iş üsullarını və onlarla necə davranacağını bilməlidirlər. Bu, fikir sahiblərinin düşündüyüdür. Xoşbəxtlikdən bu gün ölkəmizdə cəsarətli və təmkinli adamlar az deyil. Siyasi, hərbi və elmi sahələrdə. Müdrik, cəsarətli, bilikli insanlarımız var. Onların səsini eşitməliyik. Ölkə səviyyəsində, cəmiyyət səviyyəsində doğru hesab etdiklərini icra etməliyik”.
Ayətullah Xamnəi sonrakı addımlar barədə də həm ABŞ, həm də qonşu dövlətlərə mesaj yollayıb: “Düşməni tanımaq, dəqiq desək, düşmən təkcə ABŞ və sionist rejim deyil, Amerika və bütün təkəbbürlü hökumətlərdir. Ümumən, dünyada zülm və talana qarşı olan istənilən mərkəzə qarşı çıxan şirkətlər var. Hazırda bölgədə və ya bölgədən kənarda hər hansı bir hökumət bizə qarşı danışsa, onu düşmən hesab etməyəcəyik. Nə qədər ki, düşmənə xidmət etmir.
Düşmənin məramı dünyanın müxtəlif yerlərində gənclərimizi, xalqımızı yolundan sapdırmaqdır. Bu, düşmənin əsas yol xəritəsidir. İnsanların imanını və insanların qətiyyətini şübhə altına almaq. Yəni iman və dini qeyrət iki əsas ünsürdür. Düşmən bunu bilir və bunu yox etməyə çalışır, çünki bilir, bu baş verərsə, İslam Respublikasının qüdrətinə və hətta müdafiə gücünə təsir ediləcək və onu məhv edəcək”.