İranlı general: Niyyətimiz ABŞ əsgərlərini öldürmək deyildi

10-01-2020, 03:15           
İranlı general: Niyyətimiz ABŞ əsgərlərini öldürmək deyildi
İranlı general Əmir Əli Hacızadə ABŞ-ın İraqdakı bazasına hücumlar zamanı qurbanların olmamasının səbəbini açıqlayıb. Bu barədə “Reuters” xəbər yayıb. Onun sözlərinə görə, Tehran raket hücumlarını amerikalı əsgərləri öldürmək üçün etməyib. Hacızadə bəyan edib ki, İran Vaşinqtonun hərbi maşınına zərər vurmaq istəyib.

Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket hücumu həyata keçirib. Əmir Əli Hacızadə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin və HHQ-nin komandanıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru