ABŞ Dövlət Departamenti Sinqapura 12 ədəd "F-35B" qırıcısının satışına icazə verib

10-01-2020, 06:41           
ABŞ Dövlət Departamenti Sinqapura 12 ədəd "F-35B" qırıcısının satışına icazə verib
ABŞ Dövlət Departamenti Sinqapura “Lockheed Martin” şirkətinin istehsal etdiyi ən son 12 ədəd “F-35B” qırıcı təyyarəsinin və bu təyyarələr üçün avadanlıqların 2,75 milyard dollara satılmasını təsdiqlədi.

APA xəbər verir ki, bu barədə Pentaqonun tabeliyində olan Müdafiə və Təhlükəsizlik Agentliyindən verilən məlumatda deyilir.

“Bu gözlənilən satış Amerika Birləşmiş Ştatlarının xarici siyasətinə və milli təhlükəsizlik məqsədlərinə çatmağa kömək edəcək. Sinqapur strateji dost və təhlükəsizlik sahəsində əsas tərəfdaş, eləcə də Asiya-Sakit Okean bölgəsində siyasi sabitlik, iqtisadi tərəqqi üçün vacib bir qüvvədir. Bu təyyarələrin mümkün satışı və onlara texniki dəstəyin göstərilməsi bölgədəki əsas hərbi tarazlığı dəyişdirməyəcək”, - məlumatda belə deyilir.

Tədarükün vaxtı və şərtləri məlumatda göstərilmir, çünki Sinqapurla müqavilə hələ bağlanmayıb. Dövlət Departamentinin qərarı yalnız belə bir imkana şərait yaradır.

“F-35B” təyyarələri qısa məsafədən uçuş və şaquli eniş qabiliyyəti ilə tanınır. Bu modifikasiya ABŞ Dəniz Qoşunları üçün hazırlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru