Həftar Rusiya və Türkiyənin atəşkəs çağırışını qəbul etmədi

10-01-2020, 18:06           
Həftar Rusiya və Türkiyənin atəşkəs çağırışını qəbul etmədi
Liviyanın şərqindəki silahlı qüvvələrə rəhbərlik edən sabiq general Xəlifə Həftar Türkiyə və Rusiyanın atəşkəs çağırışını qəbul etməyib.
Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Həftarın rəhbərlik etdiyi “Liviya Milli Ordusu”nun sözçüsü Əhməd əl-Mismari bildirib. Sosial şəbəkədə açıqlama yayan Mismari bundan sonra da hərbi əməliyyatların davam etdiriləcəyini yazıb:

“Atəşkəs çağırışını məmnuniyyətlə qarşılayırıq. Ancaq Tripolini ələ keçirən və bəzi ölkələr tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı mübarizəmiz axıradək davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru