İraq ABŞ-dan rəsmi olaraq tələb etdi

10-01-2020, 18:29           
İraq ABŞ-dan rəsmi olaraq tələb etdi
İraqın Baş naziri Vaşinqton rəhbərliyindən ABŞ qoşunlarının ölkədən çıxarılması üçün bir mexanizm təşkil eləməyi tələb etdi.

Bu barədə İraq Nazirliyinin baş idarəsindən yazılı açıqlama verilib.

Yazılı açıqlamada baş nazir Adil Abdulmehdinin ABŞ Xarici İşlər Naziri Mayk Pompeo ilə telefonla danışdığı bildirilib.

Abdulmedi Pompeoya parlamentin ABŞ hərbiçilərin İraqdan çıxarılması qərarı çərçivəsində qəbul elədiyi qərarı həyata keçirmək üçün ABŞ-dan bir heyətin İraqa göndərilərək hərbiçilərin ölkədən çıxarılması üçün bir mexanizm tərtib eləmələrini tələb edib.

Amerikalı hərbiçilərin və PUA-ların İraq hava sahəsinə hökumətin icazəsi olmadan girdiyini də vurğulayan Abdulmehdi, bunun iki ölkə arasındakı sazışlərə zidd olduğunu bildirib.

"İraq qonşu ölkələrlə və beynəlxalq ictimaiyyətlə əlaqələrin qorunmasına və xarici nümayəndəliklərin qorunmasına əhəmiyyət veririk. İŞİD terrorizminə qarşı mübarizə, ölkənin yenidən qurulması, iqtisadi inkişafını, müstəqilliyini və suverenliyini qorumaq bizim prioritetlərimizdəndir.", - deyə Abdulmehdi bildirib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru