Stoltenberq: “Ukrayna təyyarəsinin İranın vurması iddiasına inanmamaq üçün heç bir səbəb yoxdur”

11-01-2020, 00:35           
Stoltenberq: “Ukrayna təyyarəsinin İranın vurması iddiasına inanmamaq üçün heç bir səbəb yoxdur”
NATO-nun Baş katibi Yens Stoltenberq Ukraynaya məxsus Boeing 737-800 sərnişin təyyarəsinin İranın vurmasına dair ABŞ və NATO müttəfiqlərinin iddiasını dəstəkləyib.

APA-nın “Russian Today”ə istinadən verdiyi xəbərə görə, Baş katib sərnişin təyyarəsinin İran tərəfindən vurulması iddiasına inanmamaq üçün heç bir səbəbin olmadığını bəyan edib.

“NATO müttəfiqlərinin təyyarənin İran hava hücumundan müdafiə sistemləri tərəfindən endirildiyi barədə irəli sürdüyü iddialara inanmamaq üçün səbəb yoxdur”, - deyə Stoltenmberq jurnalistlərə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.