ABŞ-ın İran yaxınlığında on minlərlə hərbi qüvvəsi var

11-01-2020, 00:41           
ABŞ-ın İran yaxınlığında on minlərlə hərbi qüvvəsi var
Birləşmiş Ştatlar Yaxın Şərq bölgəsinə on minlərlə əsgər yerləşdirib və onların çoxu İrana yaxınlığındakı ölkələrdir. ABŞ-la İran arasında yüksək gərginlik yaşandığı bir zaman bölgədəki ABŞ əsgərlərinin olduğu ölkələrə nəzər salaq.

Yaxın Şərq və Əfqanıstanda

Bölgədəki 11 ölkədə 60 000 - 70 000 arasında Amerika əsgəri yerləşdirilib.

İraq - Təxminən 6 000 ABŞ əsgəri.

ABŞ rəsmiləri deyirlər ki, onların vəzifəsi İslam Dövləti ilə mübarizə aparmaqdır.

İran 2020-ci il yanvarın 8-i Əl-Əsəd hava bazasına və İrbil hava bazasına raketlər atdı. ABŞ insan itkisinin olmadığını bildirdi. İran ABŞ-dan generalı Qasım Süleymaninin öldürülməsi üçün qisas aldığını bildirdi.

Suriya - Təxminən 800 ABŞ əsgəri. Onlar əsasən Suriyanın şimal-şərqində və Suriya-İordaniya sərhədi boyunca, Əl-Tanf hərbi bazasında yerləşdirilib. ABŞ onların neft obyektlərini qoruduqlarını və İslam Dövlətinə qarşı mübarizə apardıqlarını deyir.

Türkiyə - Təxminən 2 500 ABŞ əsgəri. Onlar İncirlik və İzmir Hərbi Hava Bazalarında yerləşdirilib. İncirlik hava bazasında təxminən 50 taktiki nüvə silahı saxlanır. İzmir bazası isə NATO missiyalarını dəstəkləyir.

İordaniya - təminən 3 000 ABŞ əsgəri. Onların şoxu Muvaffaq Salti Hərbi Hava Bazasında yerləşdirilib və onların missiyası İslam Dövlətinə qarşı mübarizədir.

Səudiyyə Ərəbistanı - 3 000 ABŞ əsgəri. Onlar Şahzadə Sultan Hərbi Hava Bazasında yerləşdirilib. ABŞ onların bölgəni İranın düşmən hərəkətlərindən qoruduğunu deyir.

Küveyt - 13 000 ABŞ əsgəri. Onlar əsasən Əli Əl-Səlam Hərbi Hava bazasında və Arifcan düşərgəsinə yerləşdirilib. ABŞ-la Küveyt arasında 1991-ci il Körfəz müharibəösindən sonra Müdafiə Sahəsində Əməkdaşlıq razılığı var.

Bəhreyn - 7 000-dən çox. Onlar Bəhra Hərbi Dəniz Bazasında yerləşdirilib.

Qətər - Təxminən 13 000 ABŞ əsgəri. Onlar Əl-Üdeyd Hərbi Hava Bazasında və Əs-Səyliha düşərgəsində yerləşdirilib.

Birləşmiş Ərəb Əmirlikləri - 5 000 ABŞ əsgəri. Əl-Dafra Hərbi Hava bazası və Ficariyə Hərbi Dəniz Donanmasında.

Əmman - 600 ABŞ əsgəri. RAFO Hərbi Hava Bazasında.

Əfqanıstan - 14 000-ə qədər. Əfqanıstan boyu 6 bölgədə yerlşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru