Britaniya Xarici İşlər Nazirliyi soyuq müharibə dövründə "Reuters"i gizli şəkildə maliyyələşdirib

14-01-2020, 07:59           
Britaniya Xarici İşlər Nazirliyi soyuq müharibə dövründə "Reuters"i gizli şəkildə maliyyələşdirib
Britaniya hökuməti 1960-1970-ci illərdə Sovet təbliğatına müqavimət olaraq "Reuters"i gizli şəkildə maliyyələşdirib.

Trend-in məlumatına görə, bu barədə Britaniya Milli Arxivi tərəfindən yayımlanan yarım əsr əvvəlki sənədlərdə bildirilir.

Bildirildi ki, baş ofisi Londonda olan özəl teleqraf agentliyi (Reuters) o illərdə maddi sıxıntı yaşadığına görə, təxminən 30 il İngiltərə Xarici İşlər Nazirliyinin strukturunda siyasi təbliğata cavabdeh olan Məlumat Tədqiqatlarları Departamentinin təklifinə razılıq verib.

"Reuters"in beynəlxalq nüfuzuna etimadın itirilməməsi üçün, agentliyin Latın Amerikasındakı işi qondarma bir şirkət, Yaxın Şərqdə isə "Reuters" xəbərlərinə abunə üçün daha çox pul ödəməyə başlayan "BBC" vasitələri ilə maliyyələşdirilirdi.

Sənədlərdən belə görünür ki, "Reuters"in Yaxın Şərq bürosu, Xarici İşlər İdarəsinin təkidi ilə Misirin"MENA", Sovetlərin "TASS", eləcə də Fransanın "AFP" informasiya agentlikləri ilə rəqabət üçün yaradılmışdır. Britaniya hökuməti maliyyə yardımı müqabilində "bütün agentliyin gündəliyinə müəyyən təsir" əldə etməyinə və "Reuters" rəhbərliyinin "Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrini və onun söylədiyi fikirləri dinləməsini təmin etməyini" ümid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru