Bloomberg: İŞİD dünyada neftin qiymətinin 100 dollaradək qalxmasına səbəb olacaq
16-12-2015, 09:40
Bloomberg agentliyi 2016-cı ildə müəyyən ssenarilərin reallaşacağı təqdirdə baş verə biləcək hadisələrin siyahısını dərc edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, ekspertlərin proqnozlaşdırdığı belə hadisələrdən də biri neftin bir barelinin qiymətinin 100 dollaradək qalxa bilməsi ehtimalıdır.
Bu cür ssenarinin İŞİD-in Yaxın Şərqdə neft sənayesinin əsas infrastruktur obyektlərinə hücum edəcəyi və ya OPEK-in Venesuela və Əlcəzair kimi üzv ölkələrində siyasi vəziyyətin gərginləşəcəyi təqdirdə inkişaf edəcəyi ehtimal olunur. Bu hadisələr 2016-cı ildə dünya bazarında neftin defisitinə və enerji daşıyıcılarına tələbatın qəfil artmasına gətirib çıxaracaq.
Bundan başqa, bu cür ssenarinin baş verəcəyi təqdirdə alternativ enerji mənbələrinə sərmayələrin həcminin xeyli artacağı proqnozlaşdırılır.