Fitch Ratings: “Koronavirus yayıldıqca neftə tələbat azalacaq”

4-02-2020, 08:27           
Fitch Ratings: “Koronavirus yayıldıqca neftə tələbat azalacaq”
Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings koronavirusun artması halında neftə olan tələbatı azalda biləcəyini bildirib.



Ovqat.com xəbər verir ki, Fitch Ratings dünən yaydığı analizində bu iddianı irəli sürüb.

Koronavirusun yayılmasının neft bazarlarına təsirlərini araşdıran analizdə bildirilib ki, epidemiya yayılmaqda davam edərsə, , neftə olan tələbatı azala, Braziliya, Norveç və ABŞ kimi ölkələrdə istehsal profisitinin daha da artmasına səbəb ola bilər.



Analizdə istehsal profisitinin mümkün təsirlərinin virus epidemiyasının nə qədər davam edəcəyindən və OPEC + ölkələrinin istehsal səviyyələrini yenidən tənzimləmək imkanlarından asılı olacağı bildirilib.



"2020-ci ildə geosiyasi gərginliklər və iqtisadi qavrayışın əsas aparıcıları fonunda neft qiymətlərinin əsasən dəyişkən qalacağını gözləyirik", - Fitch Ratings belə düşünür .



Məlumatda qeyd olunur ki, Çinin neft şirkətləri CNPC / PetroChina, Sinopec və CNOOC-un reytinqləri ölkə reytinqi ilə əlaqəlidir, buna görə də proseslərdən dərhal dərhal təsirlənəcəyi gözlənilmir. Çinin neftə olan tələbatı qlobal tələbatın 15 faizini təşkil edir. Ölkə son 5 ildə tələbatını 36% artırıb.

Qeyd edək ki, dünən dünya neft bazarında qiymətlər 4%-dən çox ucuzlaşmış, Brent markalı neftin bir bareli 55, WTI markalı neftin qiyməti isə 50 dollardan aşağı enmişdi. OPEC+ ölkələri isə bazardakı tələbat-təklif balansını tənzimləmək üçün görüşə biləcəklərini və hasilatı azaltmaq barədə müzakirə aparacaqları siqnalı vermişdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.