Çin şirkətləri əlavələr mağazası yaradacaqlar

11-02-2020, 07:57           
Çin şirkətləri əlavələr mağazası yaradacaqlar
Çinin "Xiaomi", "Huawei Technologies", "Oppo" və "Vivo" kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.

Teref.Az ictnews.az-a istinadən bildirir ki, "GDSA" (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, "Xiaomi" Hindistanda, "Vivo" və "Oppo" Cənub-Şərqi Asiyada, "Huawei" Avropada.

Analitiklərin fikrincə, "GDSA" platforması "Google Play" servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru