Stratosfer təyyarə internetin paylanması üçün drona çevriləcək

11-02-2020, 08:01           
Stratosfer təyyarə internetin paylanması üçün drona çevriləcək
"Loon" şirkəti "Hawk 30" stratosfer təyyarəsini internetin paylanması üçün pilotsuz uçan aparata çevirəcək. Layihə təyyarəni hazırlayan "HAPSMobile" şirkəti ilə birlikdə həyata keçiriləcək.

Teref.Az ictnews.az-a istinadən bildirir ki, "Hawk 30" 20 km hündürlükdə uçuşlar üçün nəzərdə tutulan drondur və on elektrik mühərriklə təchiz edilib. Uçuş aparatı mühərriklərin işi üçün enerjini Günəşdən alacaq. Bundan başqa, Günəş batareyalarının enerjisi aparatın əsas sistemlərinin işləməsi üçün kifayət edəcək.

İnternetin paylanması üçün hava şarları hazırlayan "Loon" şirkəti "Hawk 30" təyyarəsinin telekommunikasiya peyki kimi istifadə edilməsi üçün ona müəyyən dəyişikliklər etməyi planlaşdırır.

Məsələn, hər iki şirkətin mühəndisləri dronda əlavə faydalı yükün - "LTE" standartlı internetin sabit paylanması üçün lazım olan fırlanan antenanın quraşdırılması ilə məşğul olacaqlar.
Mühəndislərin sözlərinə görə, siqnal retranslyatoru qismində istifadə ediləcək aparatın yerüstü qüllələrlə müqayisədə daha çox məsafəyə internetin paylanmasını təmin edəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru