Çin liderinin Yaponiyaya səfəri koronavirusa görə təxirə salındı

2-03-2020, 07:57           
Çin liderinin Yaponiyaya səfəri koronavirusa görə təxirə salındı
Çin Xalq Respublikasının sədri Si Cinpinin Yaponiyaya səfəri koronavurusun yayılması ilə əlaqədar təxirə salınıb.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yapon qəzeti "The Asahi Shimbun" xəbər verib.

Nəşrin dövlət orqanlarındakı mənbələrə istinadən məlumatına görə, rəsmi Tokio və Pekin Si Cinpinin səfərinin bu ilin payızına kimi təxirə salınması barədə razılığa gəliblər.

Qeyd edək ki, Çin Xalq Respublikası sədrinin Yaponiyaya son səfəri 2008-ci ildə baş tutub. Rəsmi Tokio Si Cinpinin əvvəlcə aprelə planlaşdırılan səfərinə xüsusi önəm verir. Yaponiyanın baş naziri Sindzo Abe dəfələrlə bəyan edib ki, həmin səfər iki ölkənin münasibətlərində yeni mərhələ olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru