İranda epdimioloji vəziyyətİranda koronavirusa yoluxanların sayı kəskin artdı

4-03-2020, 00:00           
İranda epdimioloji vəziyyətİranda koronavirusa yoluxanların sayı kəskin artdı
Bu gün məlum olub ki, İranın 23 millət vəkili koronavirusa yoluxub. Koronavirusa yoluxaraq ölən şəxslərin sayı da artıb

İranda bir gündə koronavirusa yoluxanların sayı 835 nəfər artaraq 2336-ya çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son 24 saat ərzində koronavirusa yoluxaraq ölən şəxslərin sayı 11 nəfər artaraq 77-yə çatıb.

Bundan əlavə, koronavirusa yoluxan 435 nəfər sağalaraq evə buraxılıb.

Bu gün məlum olub ki, İranın 23 millət vəkili koronavirusa yoluxub. Bu barədə İran Parlamentinin spikerinin köməkçisi Əbdülrza Mesri deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru