"Xəstəliyin daha çox yayıldığı ölkələr bunu gizlədirlər..." - İrandan etiraf
4-03-2020, 01:20
Koronavirus təhlükəsi bütün dünyanı sarsıtmaqda davam edir. Çindən sonra ən çox təsir göstərən ölkələrdən biri olan İranda 77 nəfər həyatını itirib. İranın dini lideri Əli Xameneyinin koronavirusla bağlı bəyanat verərkən əlcək geyinməsi diqqətdən yayınmayıb.
"Moderator.az" xəbər verir ki, İranın dini lideri Əli Xameneyi ölkəsinin yeni növ koronavirus (Covid-19) haqqında məlumatları şəffaf şəkildə açıqladığını iddia edib, bildirib ki, İrandan fərqli olaraq xəstəliyin daha çox yayıldığı ölkələr bunu gizlədirlər.
Xatırladaq ki, İranda, Təbiət Həftəsi çərçivəsində ofisinin bağçasına bir fidan əkən Xameneyi çıxışında koronavirusla əlaqəli açıqlama verib.
Koronavirusun bir çox ölkəyə yayıldığına diqqət çəkən Xameneyi, "Məmurlarımız ilk gündən bəri vəziyyəti şəffaf şəkildə izah etdilər və ictimaiyyətə məlumat verdilər".
Cəmiyyəti müvafiq qurumların koronavirusun qarşısının alınması ilə bağlı xəbərdarlıqlarını nəzərə almağa çağıran Xameneyi, "Məsələni sadələşdirmək istəmirəm, amma o qədər də çətin vəziyyətdə deyilik", söyləyib.