Çinin Uhan şəhərində ortaya çıxaraq qısa müddət ərzində dünyaya yayılan yeni növ koronavirusun iki fərqli mutasiyası aşkar edilib. Gununsesiaz.info xəbər verir ki, “Global Times” qəzetinin xəbərinə görə, Pekin Universiteti və Çin Elmlər Akademiyasından olan elm adamları toplanan 103 nümunədə virusun genetik quruluşunun dəyişməsi mövzusunda araşdırma aparıb. Götürülən nümunələrin 101-ində virusun iki fərqli alt versiyası aşkar edilib. Fərqli xüsusiyyətlər göstərən Kovid-19 mutasiyalarından biri “S-cov”, digəri isə “L-cov” olaraq müəyyən edilib. “S-cov”un yarasalarla əlaqəli olan koronavirus növünə yaxın və yoluxma xüsusiyyətinin daha az olduğu, “L-cov”‘un isə yoluxuculuğunun daha yüksək olduğu və insanların tənəffüs yollarına daha zərərli olduğu bildirilib.