Çin yeni koronavirusla mübarizəyə üçün ÜST-ə 20 milyon dollar ayırıb

8-03-2020, 01:59           
Çin yeni koronavirusla mübarizəyə üçün ÜST-ə 20 milyon dollar ayırıb
Çin hakimiyyəti yeni koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 20 milyon dollar ayırmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ÜST-ün baş direktoru Tedros Adxanom Qebreyesus bildirib.

A.Qebreyesus deyib: "Çin hökumətindən yaxşı bir xəbər gəldi: onlar COVID-19 ilə qlobal miqyasda mübarizəyə kömək etmək üçün ÜST-ə 20 milyon dollar ayrılır. Səfir Çenə sədr Si Tsinpinin, eləcə də ÇXR hökuməti və xalqı adından xoş xəbərlər çatdırdığına görə səmimi qəldən təşəkkür edirəm".

Qeyd edək ki, 31 dekabr 2019-cu il tarixində Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsində (Hubey vilayəti) Vuhan şəhərində naməlum pnevmoniyanın baş verməsi barədə məlumat vermişdi. ÜST xəstəliyin beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb və xəstəliyə rəsmi ad verdi - COVID-19.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.