İranda koronovirusun rəsmi qurbanları - ŞOK SİYAHI

8-03-2020, 08:21           
İranda koronovirusun rəsmi qurbanları -
“Təəssüflər olsun ki, İran xalqı virusun yayılması ilə bağlı yenidən islam quruluşunun səriştəsizliyi və yalanları ilə üz-üzə qalıb”.

Ovqat.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus martın 6-da “Fox News” telekanalına açıqlamasında belə deyib.

M.Ortaqus İranda sürətlə yayılmaqda olan koronavirisa qarşı mübarizədə rəsmi Tehranın fəaliyyətindən danışaraq qeyd edib ki, ölkə rəsmiləri faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır: “İslam quruluşunun öz adamlarından bir neçəsinin koronavirusa yoluxmasına baxmayaraq, məsələ ilə bağlı yenə şəffaf davranmır. İran rejimi “Sepah” raketləri ilə vurulan Ukraynanın sərnişin təyyarəsi ilə bağlı həqiqətləri ictimaiyyətə açıqlamaqdan boyun qaçırdığı kimi, indi də ölkə əhalisini həqiqətdən yayındıraraq, hakimiyyət rəhbərlərinin səriştəsizliyini xalqdan gizlətməyə çalışır”.


ABŞ rəsmisinin epidemiyaya qarşı mübarizəsini şübhə altına aldığı İranda isə açıqlanan rəsmi məlumatlar belə xeyli ürküdücüdür. İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun martın 7-də jurnalistlərə verdiyi açıqlamaya görə, son bir sutka ərzində ölkədə daha 1076 nəfərin virusa yoluxması aşkarlanıb: “Dünən günorta saatlarından bu günə qədər daha 21 nəfər virusdan həyatını itirib. Beləliklə də, ölkədə virusa yoluxanların sayı bu günə qədər 5823-ə, xəstəlikdən ölənlərin sayı isə 145 nəfərə yüksəlib”.



Ölkə əyalətlərində xəstəliyə yoluxanların sayına gəldikdə, ümumilikdə bu günə qədər 1539 nəfər Tehranda, 668 nəfər Qumda, 494 nəfər Gilanda, 484 nəfər İsfahanda, 305 nəfər Əlbürzdə, 606 nəfər Mazandaranda, 265 nəfər Mərkəzi əyalətdə, 178 nəfər Qəzvində, 138 nəfər Simnanda, 162 nəfər Gülüstanda, 135 nəfər Rəzəvi Xorasanda, 95 nəfər Farsda, 107 nəfər Loristanda, 77 nəfər Şərqi Azərbaycanda, 64 nəfər Xuzistanda, 81 nəfər Yəzddə, 52 nəfər Zəncanda, 44 nəfər Kürdüstanda, 41 nəfər Ərdəbildə, 31 nəfər Kirmanşahda, 4- nəfər Kirmanda, 34 nəfər Həmədanda, 34 nəfər Sistan-Bəlucistanda, 30 nəfər Hormozqanda, 18 nəfər Cənubi Xorasanda, 23 nəfər Şimali Xorasanda, 16 nəfər Çaharmahal Bəxtiyaridə, 15 nəfər İlamda, 33 nəfər Qərbi Azərbaycanda, 6 nəfər Kohkiluye və Boyer Əhməddə, 8 nəfər isə Buşehr əyalətində koronavirusa yoluxub.

İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələrdən alınan məlumatlar isə Morqan Ortaqusun iddialarını təsdiqləyir. Bildirildiyinə görə, virusa yoluxanların və ölənlərin sayı qat-qat çoxdur.



Koronavirus İranın dini mərkəzlərinin də işini xeyli axsadıb. Məlumata görə, ölkənin bütün məscidlərində camaat namazları qeyri-müəyyən vaxta qədər təxirə salınıb. İranın Məscid İşləri Mərkəzi bu barədə bəyanat verərək bildirib ki, koronavirusun daha da geniş yayılmasının qarşısını almaq üçün sözügedəm qərar verilib. Mərkəz öz bəyanatında mollalardan məscidlərdə tək camaat namazlarının yox, ümuniyyətlə bütün toplantıların dayandırılmasını tələb edib.

İranın 13 əyalətinə digər bölgələrin əhalisinin girişi qadağan edilib. Siyahıda girişi bağlanan əyalətlər bunlardır: Gilan, Mazandaran, Gülüstan, Şiraz, İsfahan, Simnan, Qəzvin, Kirman, Yəzd, Çabhar, İlam, Həmədan və Rəzəvi Xorasanı. Hətta Kiş adasında da otellərə turist qəbuluna qadağa qoyulub.

Maraqlıdır ki, girişi qadağan olunan əyalətlər arasına Qumun adı salınmayıb. Halbuki bu əyalət İranda koronavirusun mənşəyi sayılır. Qum valisi Bəhram Sərməstin əyalətdə korona epidemiyasının yüksələn xətlə yayıldığını deməsinə baxmayaraq, Qum şəhərinə giriş-çıxışa heç bir məhdudiyyət qoyulmaması təəccüb doğurur. Qumda qonaqların koronavirusuna yoluxmamaları üçün alınan tədbirlər də başdansovduluğu ilə seçilir. Əyalət rəsmiləri bildirirlər ki, “Bəsic” qüvvələrinin vasitəsilə Qum-Tehran magistralında hərəkət edən avtomobil sərnişinlərinin hərarətini ölçməklə koronavirusun yayılmasına qarşı tədbir həyata keçirirlər. Üstəlik, hərarəti ölçmək məcburi deyil, yalnız şərnişinlərin razılığı əsasında həyata keçirilir.

İranda koronavirusun qurbanları arasında xeyli rəsmi şəxslər də var. Onlardan bəzilərinin adı açıqlanıb:



İranda son seçkilərdə deputat seçilmiş Fatimə Rəhbər koronavirusdan ölüb. Ümumiyyətlə isə İran parlamentinin 23 deputatında koronavirus aşkarlanıb. Bunu Milli Məclisi spikerinin müavini Abdurrıza Mısri açıqlayıb.


2. İran Məhkəmə Sisteminin sədr müavini Əli Xələfi koronavirusdan ölüb.




İran xarici işlər nazirinin keçmiş müşaviri Hüseyn Şeyxülislam koronavirusdan ölüb.


Ayətullah Möhsün Həbibi koronavirusdan ölüb.


SEPAH-ın 3 üzvü - Ramazan Purqasım, Məhəmməd Hac Əbülqasimi və Rza Xazəni Rad koronavirusdan ölüb. Suriyada SEPAH-ın 10 hərbçisində koronavirus aşkarlanıb. Koronavirusun Rusiya, İran və Əsəd qüvvələrinin birgə istifadə etdiyi qərargahda tapıldığı bildirilir. İranlı hərbçilərin paytaxt Dəməşqdəki xəstəxanalardan birində karantinə alındığı, virusun yayıldığı hərbi qərargahın isə boşaldıldığı vuğulanır.


İran Məhkəmə Sisteminin rəhbərinin müşaviri Əhməd Tuyserkani koronavirusdan ölüb.


İranın Ali Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.


İranın Vatikandakı sabiq səfiri və Xomeyninin silahdaşı Hadi Xosrovşahi koronavirusdan ölüb.


İranda İslami Təbliğat Təşkilatının rəsmisi axund Əhməd Xosrəvi koronavirusdan ölüb.


İran Üzgüçülük Federasiyasının rəyasət heyətinin üzvü Cavad Kərimi koronavirusdan ölüb.
Bu gün qonşuluğumuzda yerləşən Astara şəhərində də koronavirus (Covid-19) epidemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta qədər karantin elan olunub. Halbuki İran rəsmiləri bu şəhərdə karantin elan olunmayacağını bildirmişdi.

Koronavirus İranın həbsxanalarında yayılıb. İran höküməti məhz bu səbəbdən 54 min məhkumu sərbəst buraxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.